Əsgərli Rəşad Vəfa oğlu
Vəzifəsi: İR-Şöbə müdiri
Vəzifəsi: İR-Şöbə müdiri
14 yanvar 1984-cü ildə Bakı şəhərində doğulub. 2000-ci ildə Faiq Rzayev adına 150 saylı orta məktəbi bitirib. 2001-2005-ci ildə Bakı Slavyan Universitetində “Rusiyaşünaslıq” ixtisası üzrə bakalavr təhsili alıb. 2005-2007-ci ildə Bakı Slavyan Universitetində “Rusiyaşünaslıq” ixtisası üzrə magistr təhsili alıb. 2007-2008-ci ilə hərbi xidmət keçib.
06.01.2009-25.04.2011-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Baş Məşğulluq İdarəsində baş məsləhətçi, 25.04.2011-03.07.2020-ci illərdə ƏƏSMN tabeliyində Dövlət Məşğulluq Xidmətində baş məsləhətçi, 08.07.2020-10.05.2024-cü illərdə ƏƏSMN tabeliyində Dövlət Məşğulluq Agentliyində baş mütəxəssis vəzifəsində çalışıb. 14.05.2024-cü il tarixdən İqtisadi Zonaları İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzinin İnsan resursları şöbəsinin müdiri vəzifəsində çalışır. 1-ci dərəcə dövlət qulluqçusudur. Subaydır.
Vəzifəsi: Böyük mütəxəssis