
İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzinin Karyera Mərkəzi 2024-ci ildə yaradılmışdır.
Mərkəzin məqsəd və vəzifələri:
            1. Dövlət-özəl tərəfdaşlığını formalaşdırmaq və inkişaf etdirmək;
            2. Təhsilalanların və məzunların karyera inkişafına dəstək göstərmək;
            3. Karyera yönümlü maarifləndirici tədbirlər təşkil etmək;
            4. İnnovativ Biznes inkubator fəaliyyətlərin təşkili təşkil etmək;
            5. Beynəlxalq təcrübənin tətbiqi ilə bağlı təkliflər hazırlamaq;
            6. Müxtəlif karyera tədbirləri, təcrübə və təqaüd proqramlarının həyata keçirilməsi məqsədilə fəaliyyəti təşkil etmək və inkişaf etdirmək;
            7. Şirkətlərdə vakant olan iş yerləri haqqında məlumatları mütəmadi şəkildə toplamaq və onların təhsilalanlar, məzunlar arasında yayılmasını təmin etmək; 
            8. Məzunlarla daimi əlaqə saxlamaq, onların karyera inkişafını izləmək, karyeraları ilə əlaqəli tədbirlərə cəlb etmək;
            9. Məzunlar Assosiasiyasını formalaşdırmaq və əlaqələri inkişaf etdirmək;