• Telefon
    +994(51) 205-97-54

  • İş Saatı
    B.e-C: 9.00 - 18.00

{title}

Dİrektorun Müracİətİ

Əziz dostlar! Siz gələcəyin ixtisaslı mütəxəssisi olmaq və bununla da uğurlu karyera imkanları əldə etmək istəyirsinizsə bizi seçin.

İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzi 2020-ci ildə fəaliyyətə başlamış və həmin ilin 14 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə mərkəzin açılışı olmuşdur. Təhsil sahəsində fəaliyyətini daha da gücləndirməyi hədəfləyən İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzində müasir əmək bazarının tələblərinə uyğun olaraq kadr hazırlığının keyfiyyətinin artırılması, yerli və beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi, tədqiqat və innovasiya potensialının gücləndirilməsi, mövcud maddi-texniki bazanın və infrastrukturun genişləndirilməsi və yenilənməsi, dövlət və özəl qurumları ilə əməkdaşlığın artırılması əsas fəaliyyət istiqamətlərini təşkil edir. Sumqayıt Kimya Sənaye Parkının ərazisində yerləşən Peşə Təhsil Mərkəzi öz fəaliyyətini müasir dövrün qabaqcıl təhsil mərkəzinə çevrilmək, keyfiyyətli təhsil xidmətləri göstərmək, tələbələrin müasir bilik və bacarıqlar əldə etməsi üçün imkanlar yaratmaq və respublikanın inkişafına töhfə vermək istiqamətində həyata keçirir. Hazırda İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzində elektrik avadanlıqlarına xidmət və təmir, avtomatika, proqramla idarə edilən sənaye avadanlıqlarının texniki istismarı, dizayner və proqram təminatı, informasiya kommunikasiya texnologiyaları və digər istiqamətlər üzrə tələbələr təhsil alır.

İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzinə
xoş gəldiniz!
Hər birinizə uğurlar arzulayıram!