• Telefon
    +994(51) 205-97-54

  • İş Saatı
    B.e-C: 9.00 - 18.00

Ömür boyu təhsil mərkəzi

Resim 1

İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzinin Ömürboyu Təhsil Mərkəzi 2024-ci ildə yaradılmışdır. Ömürboyu Təhsil Mərkəzinin yaradılmasında məqsəd peşəsindən asılı olmayaraq hər kəsə əmək bazarında tətbiq edə biləcəyi yeni bacarıqlar öyrətmək və kurslar təşkil etməklə kadrların formalaşdırılmasına dəstək göstərməkdir.


Bizim Missiyamız :


Ömürboyu Təhsil Mərkəzinin missiyası keyfiyyətli və müasir öyrənmə imkanlarını tətbiq etməklə əmək bazarının tələbinə uyğun səriştə və imkanları genişləndirmək, eləcə də cəmiyyətin ömür boyu peşəkar və şəxsi inkişafa marağını gücləndirməkdir.

Xidmətlərimiz :


1. Kurslar real bazarın tələbinə uyğun bilik və bacarıqların öyrədilməsi və tam ixtisaslı kadrın formalaşdırılmasını hədəfləyir;
2. Vəzifəsindən və peşəsindən asılı olmayaraq hər kəs xidmətlərdən istifadə edə bilər;
3. Kursu bitirənlər sertifikat ilə təmin edilir;

İqtisadi Zonaların İnkişafı Agentliyi
Peşə Təhsil Mərkəzi