• Telefon
    +994(51) 205-97-54

  • İş Saatı
    B.e-C: 9.00 - 18.00

DİREKTOR

DİREKTOR

Avatar

KƏNAN SABİR OĞLU BAĞIROV

İqtisadi Zonaların İnkişafı Agentliyi

Peşə Təhsil Mərkəzi

27 Mart 1990-cı ildə Bakı şəhərində doğulub.
2007-ci ildə 7 saylı ingilis dili təmayüllü pilot məktəbi bitirib.
2007-2011-ci illərdə Azərbaycan Kooperasiya Universitetində «Maliyyə və Kredit» ixtisası üzrə bakalavr təhsili alıb.
2011-2012-ci illərdə Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında hərbi xidmət keçib.
2012-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində «Maliyyə nəzarəti və audit» ixtisası üzrə magistr təhsili alıb.
2023-2024-cü illərdə İsveçrənin Montro Biznes Məktəbində «Strateji menecment» ixtisası üzrə magistr təhsili alıb.
2019-cu ildən Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun Doktorantıdır.
2019-cu ildə Paris Sorbon Universitetinin Paris Sorbon Biznes Məktəbinin “TOT” proqramını və Ankara Başkənd Universitetinin Egitim və Danışmanlıq Mərkəzində Yaşam koçluğunu proqramını bitirib.
2022-2023-cü il üzrə UNESCO-un UNEVOC Beynəlxalq Şəbəkəsinin Peşə Təlimi üzrə Beynəlxalq Liderlik proqramının iştirakçısı olub.

2000-2007-ci illərdə BMT-nin Ümumdünya uşaq könüllüləri qrupunun və Uşaqlar üçün ümumdünya hərəkatının üzvü, Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi İB-nin üzvü olmuş, UNİCEF-in bir sıra layihə və proqramlarında könüllü olaraq çalışmışdır.
2015-2021-ci illərdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın I tərkibdə üzvü, II və III tərkibində katibi olmuşdur.
2017- 2020-ci illərdə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili yanında Milli Preventiv Mexanizm Qrupunun üzvü olmuşdur.
2020-2022-ci illərdə ƏƏSMN-nin Təhsil, elm, mədəniyyət və incəsənət sahələrində bacarıqların inkişaf etdirilməsi üzrə sahə komissiyasının və DMA-nın Peşə hazırlığına müraciət etmiş müəssisələrin qiymətləndirilməsi komissiyasının üzvü olmuşdur.
2022-ci ilin sentyabr ayından Amerikanın “Peşə Təhsili və Təlimi üzrə Beynəlxalq Assosiasiya-İVETA”-nın mentorudur.

2019-cu ildən Bakı Dövlət Universitetinin Sosial İş kafedrasının və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Sosial-Mədəni Fəaliyyət kafedrasının müəllimidir.
2020-ci ildən Dövlət İqtisad Universitetinin Karyera Planlaşdırılması və İnkişafı kafedrasının və UNEC Biznes Məktəbinin (MBA) müəllimidir.
2020-2021-ci illərdə Əmək və Sosial Münasibətlər Akademiyasının müəllimi olmuşdur.
“Sosial Sifarişə aparan yol: Hökumət-QHT əməkdaşlığı”, “Yuvenal Ədliyyə və icma əsaslı tərbiyəvi xarakterli tədbirlər” və “Zorakılıq və cinayətin qurbanı olan uşaq və gənclərlə psixo-sosial reabilitasiya işinin təşkili” üzrə bələdçilərin, magistr tələbələri üçün tədris proqramlarının həm müəllifidir.
“Ekstrimal şəraitdə uşaq hüquqlarının müdafiəsi və milli insan hüquqları institutlarının rolu” mövzusunda Ombudsmanların VII Bakı Beynəlxalq Konfransının, “İnsan hüquqları və ətraf mühit: iqlim dəyişikliyinin hüquqi və etik aspektləri” mövzusunda Ombudsmanların VIII Bakı Beynəlxalq Konfransının, “Gənclərin Karyera İmkanları: Azərbaycan Modeli” mövzusunda Beynəlxalq Forumun, “Sahibkarlıq fəaliyyətinin hüquqi tənzimlənməsi” mövzusunda Beynəlxalq elmi-praktiki konfransın və digər çox saylı konfransların və forumların məruzəçisi olmuşdur.

2007-2011-ci illərdə Ümidli Gələcək İB-də departament direktoru, Şən İdman Avtobusu, VMA-ların qiymətlədirilməsi, Yuvenal Ədliyyə proqramlarında menecer, Zorakılıq və cinayət qurbanı olan uşaq və gənclər üçün psixo-sosial reabilitasiya mərkəzində direktor vəzifələrində çalışmışdır.
2013-2015-ci illərdə BMT-nin İnkişaf Proqramının “Azərbaycanda İnnovasiya və Məşğulluğun artırılması” layihəsinin koordinatoru vəzifəsində çalışmışdır.
2013-2015-ci illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin karyera üzrə məsləhətçisi vəzifələrində çalışmışdır.
2016-2017-ci illərdə Beyliss Şirkətində İnsan Resursları departamentinin direktoru vəzifəsində çalışmışdır.
2017-2019-cu illərdə Opal Group və Menfis Group şirkətlərində baş mühasib vəzifəsində çalışmışdır.
2019-2020-ci illərdə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının “Azərbaycanda uşaq hüquqlarının vəziyyətinə dair BMT-nin İnsan Hüquqları Komitəsinə hesabatın hazırlanması” layihəsinin eskperti olmuşdur.
2019-2020-ci illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Aparatının baş məsləhətçisi vəzifəsində çalışmışdır.
2020-2022-ci illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin Aparatının Peşə hazırlığı və peşəyönümü departamentinin Peşə hazırlığı şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
2022- 2023-cü illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin Aparatının Peşə hazırlığı departamentinin Peşə Hazırlığı Mərkəzləri ilə iş şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
2023-cü ildən İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzinin direktoru vəzifəsində çalışır.

MEDAL VƏ TƏLTİFLƏRİ

Şəkli Böyüt Şəkli Böyüt Şəkli Böyüt Şəkli Böyüt Şəkli Böyüt Şəkli Böyüt Şəkli Böyüt Şəkli Böyüt Şəkli Böyüt Şəkli Böyüt