• Telefon
    +994(51) 205-97-54

  • İş Saatı
    B.e-C: 9.00 - 18.00

DİREKTOR MÜAVİNİ

Avatar

Abduləzizov Mehman Mövsüm oğlu

İqtisadi Zonaların İnkişafı Agentliyi

Peşə Təhsil Mərkəzi

Pedaqoqika üzrə Fəlsəfə doktoru
7 may 1956-ci il tarixində Hacıqabul şəhərində anadan olmuşdur.
1963-1973-cü illərdə Kürdəmir şəhər 1 №-li orta məktəbdə təhsil almışdır.
1973-1978-ci illərdə Azərbaycan Politexnik İnstitutunun Avtomatika və Hesablama Texnikası fakültəsində “Yarımkeçiricilər və dielektriklər” ixtisası üzrə ali təhsil almışdır.
1984-1987-ci illərdə Azərbaycan Xarici Dillər İnstitunda “ərəb dili” tərcüməçisi ixtisası üzrə ali təhsil almışdır.
2007-ci ildə Pedaqoqika üzrə Fəlsəfə doktoru (Pedaqoji elmlər namizədi) elmi dərəcəsini almışdır.

1978-1981-ci illərdə Rusiya Federasiyasının Volqoqrad şəhərində “Avrora” zavodunda təyinat üzrə əmək fəaliyyəti ilə məşğul olmuşdur.
1981-1993-cü illərdə Bakı Baza Energetika texnikumunda mühəndis, lobaratoriya müdiri, müəllim vəzifələrində çalışmışdır.
1987-1991-ci illərdə Liviya Ərəb Cəməhriyyəsində tərcüməçi vəzifəsində çalışmışdır.
1993-1995-ci illərdə Bakı Baza Energetika texnikumunda direktor vəzifəsində çalışmışdır.
1995–2021-ci illərdə Bakı Neft-Energetika kollecində direktor vəzifəsində çalışmışdır.
2021- 2023-ci illərdə Lənkəran Dövlət Universitetində Təlim Texnologiyaları və Tədris mərkəzinin direktoru vəzifəsində çalışmışdır.
2023-cü ildən İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzində tədris işləri üzrə direktor müavini vəzifəsində çalışır.
Ailələdir. 2 övladı var.